“Galatasaray” Dries Mertens üçün xoşbəxt sona çatıb

Bakı, 3 iyun, Sporaz.tv

Galatasaray Dries Mertensin müqaviləsinin 1 illik uzadıldığını açıqlayıb.

Galatasaraydan KAP-a edilən şərhdə; “Peşəkar futbolçumuz Dries Mertensin müqaviləsi 2024-2025-ci il mövsümü üçün uzadılıb. Buna uyğun olaraq futbolçuya 2 milyon 900 min avro xalis mövsümi əmək haqqı ödəniləcək”. deyildi.

Mertens ötən mövsüm Super Liqada 35 matçda 9 qol vurub, 18 məhsuldar ötürmə edib.

“Galatasaray”la çempionluq qazanan belçikalı ulduz mövsümü assistent kimi başa vurub.