Galatasaray Doue transferində xoşbəxt sona çatdı

Bakı, 19 iyul, Sporaz.tv

Galatasaray” sağ cinah müdafiəçisi ilə bağlı qərarını verib. Sarı-qırmızılar hər məsələdə Guela Doue və komandası Rennes ilə anlaşıb.

Sporaz.tv məlumat verir ki, Galatasaray Guela Douenin transferində xoşbəxt sona çatdı. Sarı-qırmızılılar futbolçu və komandası Renneslə hər məsələdə anlaşıb.

Rəhbərlik imzalanma mərhələsinə Kopenhagendən Elias Jelerti də gətirmişdi, lakin texniki komitənin yekun qərarı D0uenin xeyrinə idi. “Galatasaray” 21 yaşlı futbolçu üçün 7,5 milyon avro ödəyəcək.

Guela Doue illik 1,2 milyon avroya 4 illik müqavilə imzalayacaq. Fil Dişi Sahili sağ cinah müdafiəçisi sağlamlıq yoxlamasından keçəcək və qısa müddətdə komandaya qoşulacaq. Rennes infrastrukturunda böyüyən Guela Doue ötən mövsüm 34 matçda meydana çıxıb və 4 məhsuldar ötürmə edib.