“Galatasaray”, Derrick Köhnün rəftarından sonra qərarını verdi

Bakı, 14 avqust, Sporaz.tv

Galatasaray (Qalatasaray)-ın sol cinah müdafiəçisi Derrick Köhnün Moskva “Spartak“ına transferi gündəmdədir. Rusiya yığmasından ciddi maaş tələb edən və ayrılmaq istəməyən Derrick Köhnlə bağlı Galatasaray (Qalatasaray) qərar verib.

Sporaz.tv xəbər verir ki, Galatasaray (Qalatasaray), transfer səylərini davam etdirərkən, komandadan ayrılacaq adlar üzərində də çox çalışır. Bu çərçivədə gündəmdə olan adlardan biri də Derrick Köhndür.

Derrik Köhn, Moskva “Spartak”ından 2,5 milyon avro istəyib.

Galatasaray (Qalatasaray)-dan 450 min avro alan sol cinah müdafiəçisinin bu istəyi Rusiya komandası tərəfindən qarşılanmayıb.

Moskva “Spartak”ının yaxın günlərdə Derrick Köhnə yeni təkliflə çıxış edəcəyi gözlənilir.

Köhnün İstanbulda xoşbəxt olduğu və Rusiyaya getmək istəmədiyi üçün yüksək qonorar tələb etdiyi bildirilərkən,Galatasaray (Qalatasaray)-ın futbolçu ilə bağlı qərarını verdiyi qeyd edilib.

Baş məşqçi Okan Burukun Derrick Köhnün oyunundan razı qalmadığı ,əlavə olaraq onun rəhbərlikdən yeni sol cinah müdafiəçisi transferi istədiyi vurğulanıb.

Okan Burukun sol cinah müdafiəçisinin transfer istəyi yerinə yetirilərsə, Köhn ehtiyat oyunçular skamyasında qalacağı vurğulanıb.

Galatasaray (Qalatasaray)-ın 3,35 milyon avroya transfer etdiyi Derrick Köhn, ötən mövsüm “sarı-qırmızılar”la 15 matça çıxıb və 1 qol, 2 məhsuldar ötürmə ilə hesaba töhfə verib.