“Galatasaray” derbisi “Fenerbahçe”də 7 futbolçu üçün xüsusi əhəmiyyət kəsb edir

Bakı, 19 sentyabr, Sporaz.tv

Trendyol Super Liqasının 6-cı həftəsində “Fenerbahçe“(Fənərbaxça)-“Galatasaray“(Qalatasaray) derbisinə şahidlik edəcək. Sarı-göylülərin 7 futbolçusu, Mourinhonun tapşırığı verəcəyi təqdirdə ilk dəfə “Fenerbahçe”-“Galatasaray” derbisində oynayacaq.

Sporaz.tv məlumat verir ki, lider “Galatasaray”-dan 2 xal geri qalan “Fenerbahçe”, Super Liqanın 6-cı həftəsində əzəli rəqibini qəbul edəcək.

Baş məşqçi Jose Mourinho vəzifə verərsə, Kanaryada 7 futbolçu, ilk dəfə “Fenerbahçe”-“Galatasaray” derbisində oynayacaq. Budur həmin adlar:

1. Youssef En-Nesyri

2. Sofyan Amrabat

3. Allan Saint-Maximin

4. Filip Kostic

5. Cenk Tosun

6. Oğuz Aydın

7. Levent Mercan

Keçən mövsüm heyətdə olan Mert Müldür, “Galatasaray”-la oynadığı 2 liqa matçında ehtiyat oyunçular skamyasında oturub və heç bir oyun vaxtı ala bilməyib.

Ötən mövsümün ikinci yarısında lisenziyası verilməyən Ryan Kent və “Sivasspor”-da icarə əsasında çıxış edən Bartuğ Elmaz “Fenerbahçe” – “Galatasaray” derbisində meydana çıxa bilməyib.

Cenk Tosun “Beşiktaş”-ın heyətində 10 dəfə “Galatasaray”-la qarşılaşıb.

Leave a Reply