“Galatasaray” derbidən sonra kubok mərasimi keçirəcək?

Bakı,17 may,Sporaz.tv

Superliqa çempionluğu üçün gün sayan Galatasaray (Qalatasaray)-ın Fenerbahçe (Fənərbaxça) derbisindən sonra kubok mərasimi keçirib-keçirməyəcəyi maraq doğururdu. “Qalatasaray”ın derbi üçün kubok planı açıqlanıb.

Sporaz.tv xəbər verir ki, Super Liqada 24-cü çempionluğu üçün geri sayan Galatasaray (Qalatasaray) bazar günü axşam derbidə “Fənərbaxça”nı qəbul edəcək.

“Sarı-qırmızılar” böyük görüşdən heç-heçə ilə ayrılsa da çempionluğunu elan edəcək.

Digər tərəfdən, Galatasaray (Qalatasaray)-ın derbidən sonra çempionluq kubokunu qaldırıb- qaldırmayacağı da maraq doğururdu.Xarici medianın xəbərinə əsasən, Galatasaray (Qalatasaray) TFF-dən Superkubok və Superliqa çempionluğu kuboku üçün müraciət etməyib.

Sarı-qırmızılıların bazar günü axşam TFF-dən yalnız qadın futbol komandasının çempionluq kubokunu tələb etdiyi bildirilib.

Xatırladaq ki, Trendyol Super Liqasının 37-ci həftəsində Galatasaray (Qalatasaray) və Fenerbahçe (Fənərbaxça) komandaları 19 May bazar günü saat 19:00-da RAMS Parkda üz-üzə gələcək.