“Galatasaray” Davinson Sanchezin qiymətini müəyyən edib

Bakı, 16 iyul, Sporaz.tv

Kolumbiya Milli Komandası ilə Amerika Kubokunun finalına çıxan “Galatasaray”ın müdafiəçisi Davinson Sanchezlə Avropadan bir çox komandanın maraqlandığı iddia edilib. Sarı-qırmızılı rəhbərlik Davinson Sanchezdən almağı planlaşdırdıqları transfer haqqını müəyyən edib.

Sporaz.tv məlumat verir ki, transfer işlərinə davam edən “Galatasaray”dan ayrılacaq futbolçularla bağlı isti inkişaflar yaşanmağa davam edir.

“Galatasaray”ın kolumbiyalı müdafiəçisi Davinson Sanchez 2024-cü il Amerika Kubokunda uğurlu çıxışından sonra yenidən Avropa nəhənglərinin diqqətini çəkməyi bacarıb.

Xəbərdə ötən mövsüm ciddi talibləri olan futbolçu ilə bir çox komandanın maraqlandığı bildirilirdi.

Sarı-qırmızılı rəhbərliyin Davinson Sanchez üçün təyin etdiyi transfer qiymətinin ən az 20 milyon avro olduğu bildirilib.

28 yaşlı müdafiəçi əvvəlki mövsümdə “Galatasaray”la 32 rəsmi oyuna çıxıb. Sanchez 3 qol vurub və 2 məhsuldar ötürmə edib.