“Galatasaray” da növbəti ayrılıq: Müqaviləyə xitam verilir

Bakı, 4 sentyabr, Sporaz.tv

Galatasaray (Qalatasaray)-da Sergio Oliveira ilə müqaviləyə xitam verilir. Portuqaliyalı futbolçu “Olympiakos”a yollanacaq.

Sporaz.tv xəbər verir ki, sarı-qırmızılar uzun müddətdir heyətdə hesab etmədikləri portuqaliyalı futbolçu ilə müqaviləyə xitam verəcək.

Oliveiranın qarşılıqlı razılaşmadan sonra alacaqlarının bir qismindən imtina edəcəyi öyrənildi.

32 yaşlı futbolçunun tezliklə “Olympiakos“la müqavilə imzalayacağı gözlənilir.

Oliveira “Galatasaray”da oynadığı 2 mövsümdə 58 matçda forma geyinib. Portuqaliyalı futbolçu, bu oyunlarda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.