“Galatasaray” da gözlənilməz hadisə baş verib

Bakı, 13 sentyabr, Sporaz.tv

Galatasaray (Qalatasaray) klubunun futbolçu direktoru Cenk Ergün tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Sporaz.tv xəbər verir ki, Cenk Ergün istefa qərarını sosial media hesabında paylaşdığı paylaşımla açıqlayıb.

Ergün, paylaşımında, “İdarə Heyətimizin sədri cənab Dursun Özbekə yazılı şəkildə çatdırdığım kimi klubumuzdakı peşəkar vəzifəmdən istefa verdim. Klubuma xələl gətirməmək və adımın daha da ləkələnməsinin qarşısını almaq üçün verdiyim qərarı sizlərlə paylaşıram. Daha aydın acıqlamanı qarşıdakı günlərdə edəcəm.”- sözlərini qeyd edib.

Leave a Reply