“Galatasaray” Copa Americada sağ cinah müdafiəçisini tapıb

Bakı, 17 iyul, Sporaz.tv

Galatasaray” sağ cinah transferi üçün sürpriz bir ada çevrildi. “Sarı-qırmızılılar”ın transferi Sevillada olan və Copa America çempionu Argentina Millisinin heyətində yer alan Gonzalo Montiel üçün təmaslara başladığı iddia edilirdi.

Sporaz.tv xəbər verir ki, Sağ cinah müdafiəçisi axtarışlarını davam etdirən “Gatasaray”ın “Sevilla”nın argentinalı futbolçusu Gonzalo Montiel ilə maraqlandığı iddia edilib.

“Sarı-qırmızılı” klub La Liga komandasından Gonzalo Montielin transferinin qiyməti və şərtləri ilə bağlı məlumat istəyib.

27 yaşlı futbolçu 2024-cü ildə Copa America qazanan Argentina Milli Komandasının heyətində də yer alıb. Turnirdə tanqoçuların keçirdiyi 6 oyunun hamısında meydana çıxan Montiel 242 dəqiqə meydanda qalıb.

“Sevilla”nın 2021-ci ildə 11 milyon avroya transfer qarşılığında heyətinə qatdığı futbolçu ötən mövsümü icarə əsasında “Nottingham Forest”də keçirib.

İngiltərə yığmasında 19 matça çıxan Montiel 3 dəfə məhsuldar ötürmə edib, ancaq qol vura bilməyib.

Argentinalı sağ cinah müdafiəçisi 2026-cı ilə qədər müqaviləsi olan “Sevilla”da çıxış edib, 72 matçda 2 qol və 6 məhsuldar ötürmə ilə çıxış edib.

Bahar Rüstəm