“Galatasaray” Burak Güngör ilə yollarını ayırıb

Bakı, 27 iyun, Sporaz.tv

Galatasaray (Qalatasaray) Kişi Voleybol Komandası müqaviləsi başa çatan 30 yaşlı kapitan Burak Güngörlə yollarını ayırdıqlarını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, “Sarı-qırmızılılar” klubu açıqlamasında bu barədə açıqlama verib:

“İki mövsüm Galatasaray (Qalatasaray)-da uğurla çıxış edən komandamızın kapitanı Burak Güngörün müqaviləsi başa çatıb. Kapitanımız Burak’a göstərdiyi zəhmətə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq”.

Milli voleybolçu 2022-ci il mövsümündə “Spor Toto” komandasından “Galatasaray”a transfer olunub.