“Galatasaray” 0-5 “Beşiktaş”

Bakı, 3 avqust, Sporaz.tv

Bu axşam Türkcell Superkuboku uğrunda Trendyol Superliqası çempionu “Galatasaray”, Ziraat Türkiyə Kubokunun qalibi Beşiktaş qarşılaşırmasında hesabda qartallar irəlidədir.

Sporaz.tv xəbər verir ki, Atatürk Olimpiya stadionunda baş tutan matçı Atilla Karaoğlan idarə edir.

Matç başladı.

1′ Rashicanın “Galatasaray” müdafiəsinin arxasına göndərdiyi topu Nelsson qaçırdı və İmmobile qapıçı ilə üz-üzə gəldi. İmmobile cərimə meydançasına daxil olan kimi top tora getdi və 21-ci saniyədə “Beşiktaş” 1-0 önə keçdi.

13′ Beşiktaş müdafiəsinin arxasından Kerem Aktürkoğlunun dərin ötürməsindən topu qəbul edən İcardi qapıçı ilə qarşı-qarşıyaykən topu tora göndərdi, lakin köməkçi hakim oyundankənar bayrağı qaldırdı.

14′ Bu dəfə Kerem Aktürkoğlu “Beşiktaş” müdafiəsinin arxasına atılan topa hərəkət etdi və topu qapıçıya baxan vəziyyətdə tora göndərdi, lakin oyundankənar vəziyyət səbəbindən bu qol keçərli olmadı.

İlk hissə başa çatdı.

İkinci hissə başladı.

53′ “Beşiktaş”ın sağdan hücumu zamanı Rashica topu qapya doğru ötürdü. Svensson Rafa Silvanın toxunduğu topu qarşısında tapdı və onu qapı sahəsinin bir metrliyindən vuraraq topu tora göndərdi.

79′ “Galatasaray” cərimə meydançasında Abdülkerimin müdaxiləsi ilə Gedson Fernandes yerə yıxıldı və hakim penalti qərarını “Beşiktaş”ın xeyrinə verdi. Immobile 80-ci dəqiqədə penaltini yerinə yetirərək topu tora göndərdi. “Beşiktaş” 3-0 öndədir.

87′ “Galatasaray”ın futbolçusu Mustafa Hekimoğluna qarşı kobudluq edən Nelsson birbaşa qırmızı vərəqə alaraq komandasını 10 nəfər qoydu.

90+1‘ Rafa Silvanın vurduğu qolla Beşiktaş hesabı 4-0 etdi.

90+2 “Beşiktaş”da Mustafa Hekimoğlunun vurduğu qolla hesabı 5-0-a çatdırıb.

Matç bitti. Kubok “Beşiktaş”ın.

Bahar Rüstəm