“Galatasaray” – “Beşiktaş” Super Kuboku matçı

Bakı, 12 iyul, Sporaz.tv

Superkubok mübarizəsində 2023-2024-cü il mövsümündə çempion olan “Galatasaray“la Ziraat Türkiyə Kubokunu qazanan “Beşiktaş” komandaları üz-üzə gələcək.

Sporaz.tv xəbər verir ki, “Galatasaray”la “Beşiktaş” arasında keçiriləcək Superkubok matçının təqvimi açıqlanıb. Trendyol Super Liqasının çempionu “Galatasaray” ilə Ziraat Türkiyə Kubokunun çempionu “Beşiktaş” Superkubok matçında qarşılaşacaq. Qarşılaşma avqustun 3-ü şənbə günü saat 20.45-də oynanılacaq. Superkubok matçı İstanbuldakı Atatürk Olimpiya Stadionunda oynanılacaq.

2023-2024 mövsümündə 102 xalla çempion olan “Galatasaray” daha əvvəl tarixində 17 dəfə Superkubok xoşbəxtliyi yaşayıb. “Galatasaray” “Beşiktaş”a qalib gələrək 18-ci dəfə kuboku qazanmaq istəyir. “Galatasaray”ın rəqibi “Beşiktaş”ın muzeyində 9 Super Kubok var. Budur, əvvəlki illərdən Superkubok qalibləri;

2023/2024 Galatasaray

2022/2023 Trabzonspor

2021/2022 Beşiktaş

2020/2021 Trabzonspor

2019/2020 Galatasaray

2018/2019 Akhisarspor

2017/2018 Konyaspor

2016-2017 Galatasaray

2015/2016 Galatasaray

2014/2015 Fenerbahçe

Bahar Rüstəm