“Galatasaray” Barış Alper Yılmazla razılığa gəlib

Bakı, 16 oktyabr, Sporaz.tv

Galatasaray (Qalatasaray)-ın Barış Alper Yılmazla müqavilə yenilənməsi danışıqları başa çatıb.

Sporaz.tv xəbər verir ki, sarı-qırmızılıların milli futbolçu ilə 4 illik razılığa gəldiyi iddia edilib.

Barış Alper Yılmazın illik maaşının 1,7 milyon avro olacağı və sarı-qırmızılıların bu maaşı hər il 100 min avro artıracağı bildirilib.

Galatasaray (Qalatasaray)-la Barış Alperin 35 milyon avroluq sərbəst qalma şərti ilə prinsipial razılığa gəldiyi də iddia edilib.

Barış Alper Yılmaz, bu mövsüm Galatasaray (Qalatasaray)-da 13 matçda forma geyinib. 24 yaşlı futbolçu bu matçlarda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.