Bakı, 14 oktyabr, Sporaz.tv
Barış Alper Yılmazın “Galatasaray“(Qalatasaray)-dakı durumu aydınlaşır. Sarı-qırmızılı rəhbərlik, Barış Alperə verdiyi yeni müqavilə vədini tutmağa hazırlaşır.
Sporaz.tv məlumat verir ki, “Galatasaray”-ın 2021-ci ildə “Keçiörengücü“-dən 2,1 milyon avroya transfer etdiyi Barış Alper Yılmaz, uğur pillələrini sürətlə yüksəldib.
Sarı-qırmızılılar ötən il 4 illik yeni müqavilə bağladıqları türkiyəli futbolçu üçün yenidən hərəkətə keçir.
Türkiyə qəzetinin xəbərinə görə, “Galatasaray” rəhbərliyi, Barış Alperə verdiyi yeni müqavilə vədini tutmağa hazırlaşır.
Mövsümün əvvəlində aldığı təklifləri rədd edən və “Galatasaray”-da qalmağa üstünlük verən Barış Alperin beynəlxalq fasilədən sonra yeni müqavilə imzalaması barədə məlumat verilib.
“Galatasaray” rəhbərliyinin Barış Alperə verdiyi vədin illik 2 milyon avro olan 4 illik müqavilə olduğu bildirilib. Digər tərəfdən Barış Alperlə yanaşı Yunus Akgünlə də yeni müqavilə imzalanacağı və futbolçuya illik 55 milyon lirəlik təklifin ediləcəyi xəbərlərdə vurğulanıb.