Galatasaray, Barış Alper Yılmaz qərarını verdi

Bakı,14 iyun,Sporaz.tv

Ötən mövsüm “Galatasaray“dakı çıxışı ilə Avropa komandalarını özünə cəlb edən Barış Alper Yılmaz üçün qərar verilib.

Avropadan bir çox komandanın maraq göstərdiyi Barış Alper Yılmaz Okan Burukdan viza almayıb.

Sporaz.tv-in xəbərinə əsasən, Okan Buruk rəhbərliyə verdiyi hesabatda Barış Alper Yılmaz üçün “Mütləq qalmalıdır” deyib.

“Galatasaray” astronomik təklif gəlmədiyi halda Barış Alper Yılmazı komandada saxlayacaq.

Barış Alper Yılmaz ötən mövsüm “Galatasaray”ın heyətində 55 oyun keçirib.

Milli futbolçu bu matçlarda 7 qol vurub, 12 məhsuldar ötürmə edib.