Bakı, 11 noyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray) azarkeşi, “Benfica” – “Porto” matçını tribunadan izləyib. Kerem Aktürkoğlunu dəstəkləyən “Galatasaray” azarkeşlərinin tutduqları pankart yayıma öz əksini tapıb. Kerem Aktürkoğlu matçdan əvvəl sarı-qırmızılı futbol azarkeşinin yanına gedərək xatirə şəkli çəkdirməyi də unutmayıb.
Sporaz.tv məlumat verir ki, Portuqaliya Premyer Liqasında “Benfica” və “Porto” üz-üzə gəlib. Benfikanın 4-1 qalib gəldiyi matçda Kerem Aktürkoğlu ilk 11-də başlayıb.
Kerem Aktürkoğlu 75 dəqiqə meydanda qalsa da, hesaba töhfə verə bilməyib.
Digər tərəfdən, “Galatasaray” azarkeşi, Kerem Aktürkoğluna dəstək olmaq üçün “Benfica” – “Porto” matçını stadionda izləyib. Portuqaliya rəhbərliyi, oyunöncəsi yayımda “Galatasaray” azarkeşlərini əks etdirib.
Azarkeşlərin əlində “Sehrini et, bura qaç, kapitan, səninləyək” pankartı diqqət çəkib.
Kerem Aktürkoğlu matçdan əvvəl azarkeşi görüb və onun yanına gedərək şəkil çəkdirib.
Sözügedən azarkeş, Portuqaliya mətbuatında da geniş işıqlandırılıb.