Bakı, 23 iyul, Sporaz.tv
Galatasaray Futbol Komandası, yeni mövsümün hazırlıqlarını Avstriya düşərgəsində davam etdirib. Steiermarkın Liezen bölgəsindəki İrdningdəki düşərgəyə daxil olan sarı-qırmızılı komanda, ilk məşqinə çıxıb.
Sporaz.tv məlumat verir ki, Galatasaray Futbol Komandası yeni mövsümün hazırlıqlarını Avstriya düşərgəsində davam etdirib.
Steiermarkın Liezen bölgəsindəki İrdningdəki düşərgəyə daxil olan sarı-qırmızılı komanda, ilk məşqinə çıxıb.
Klubdan verilən məlumata görə, mətbuata qapalı keçirilən məşq, məşqçi Okan Burukun rəhbərliyi altında baş tutub. Dinamik isinmə hərəkətləri ilə başlayan, üç qrupda qaçış və 2-dən 8-ə qədər ötürmə hərəkətləri ilə davam edən hazırlıq güc məşqləri ilə yekunlaşıb.
“Galatasaray” sabah ikili məşqlə hazırlıqlarını davam etdirəcək.