“Galatasaray” Avropanın ilk 10-da

Bakı,28 may,Sporaz.tv

2023-2024 mövsümünü Trendyol Super Liqasının zirvəsində tamamlayan Galatasaray, Avropanın ən çox liqa çempionluğu olan komandalar sırasındadır.

Sporaz.tv məlumat verir ki, sarı-qırmızılı komanda UEFA reytinqində ilk 10-luqda yer alan ölkələrin liqalarında ən çox çempionluq qazanan 10-cu komandadır.

Avropanın 5 ən böyük futbol liqası hesab edilən İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Fransa Liqa 1-də çempionluq sevinci yaşayan ilk 10 komanda arasında, həmçinin aşağıdakı Portuqaliya, Hollandiya, Belçika, Türkiyə və Çexiya liqaları da iştirak edib.

UEFA ölkə reytinqində 9-cu yerdə olan Türkiyədə “Galatasaray”ın 24, “Fenerbahçe”nın 19, “Beşiktaş”ın 16, “Trabzonspor”un 7, “Başakşehir” və “Bursaspor”un hərəyə bir liqa çempionluğu var.

  • “Benfica” 38 çempionluqla liderdir

Portuqaliya təmsilçisi “Benfica” Avropanın ən yaxşı 10 liqası arasında ən çox çempionluq qazanan komanda adına sahibdir.

Benfica Portuqaliya liqasında ümumilikdə 38 dəfə kuboku öz muzeyinə aparmağı bacarıb.

İspaniyanın “Real Madrid“, İtaliyanın “Juventus“(Yuventus)u və Hollandiyanın “Ajax“ı hərəyə 36 çempionluqla “Benfica”nı izləyib.

  • Ən çox çempionluğu olan 10 komanda

UEFA reytinqinin ilk 10-luğuna daxil olan ölkələrin liqalarında ən çox çempionluq qazanan 10 komanda aşağıdakı kimidir:

Reytinq Komandası Ölkə Çempionat

1BenficaPortekiz38
2Real Madridİspanya36
3Juventusİtalya36
4AjaxHollanda36
5AnderlechtBelçika34
6Bayern MünihAlmanya33
7PortoPortekiz30
8Barcelonaİspanya27
9PSGHollanda25
10GalatasarayTürkiye24