“Galatasaray ” Avropa Liqasında yoluna davam edəcək

Bakı, 28 avqust, Sporaz.tv

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Galatasaray “(Qalatasaray) və İsveçrənin “Young Boys”(Yanq Boyz) komandası qarşılaşıb. Qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Young Boys”, Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb. Galatasaray isə UEFA Avropa Liqasında yoluna davam edəcək.

Sporaz.tv məlumat verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Galatasaray ” Rams Parkda “Young Boys“u qəbul edib.

Qarşılaşma “Young Boys”un 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Matçın yeganə qolunu 87-ci dəqiqədə Virginius vurub.

Fernando Muslera qoldan sonra rəqibinə qarşı etdiyi hərəkətə görə birbaşa qırmızı vərəqə alıb.

Bu nəticə ilə “Galatasaray”, Çempionlar Liqası ilə vidalaşıb və UEFA Avropa Liqasında mübarizə aparacaq.