Bakı, 28 avqust, Sporaz.tv
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Galatasaray “(Qalatasaray) və İsveçrənin “Young Boys”(Yanq Boyz) komandası qarşılaşıb. Qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Young Boys”, Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb. Galatasaray isə UEFA Avropa Liqasında yoluna davam edəcək.
Sporaz.tv məlumat verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Galatasaray ” Rams Parkda “Young Boys“u qəbul edib.
Qarşılaşma “Young Boys”un 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Matçın yeganə qolunu 87-ci dəqiqədə Virginius vurub.
Fernando Muslera qoldan sonra rəqibinə qarşı etdiyi hərəkətə görə birbaşa qırmızı vərəqə alıb.
Bu nəticə ilə “Galatasaray”, Çempionlar Liqası ilə vidalaşıb və UEFA Avropa Liqasında mübarizə aparacaq.