“Galatasaray” 16 milyon avronun ardından dərhal masadan ayrıldı

Bakı, 21 avqust, Sporaz.tv

Sol cinah müdafiəçisi transferi planlaşdıran “Galatasaray “(Qalatasaray) klubu “Brugge“nin Maxim De Cuyper üçün 16 milyon avro tələb etməsindən sonra masadan kənarda qalıb. Sarı-qırmızılılar siyahıdakı digər ad İsmail Jakobs üçün təmaslara başladı. “Galatasaray”, İsmail Jakobsu satın alma opsiyonu ilə icarəyə götürməyi hədəfləyir.

Derrick Köhn oyunundan razı qalmayan “Galatasaray”, sol cinah müdafiəçisini transfer etmək üçün səylərini davam etdirir. “Spartak” Moskvanı rədd edən Köhn yerinə alternativ adlara müraciət edən Qalatasarayda qızğın inkişaflar yaşanır.

Bu çərçivədə “Galatasaray”ın siyahısında ilk ad Maxim De Cuyper olub.

23 yaşlı sol cinah müdafiəçisi üçün “Brugge” klubu ilə danışıqlar aparan “Galatasaray”, Belçika komandasının 16 milyon avro tələbindən sonra bazarlıq masasını tərk edib.

Bunun üzərinə Cimbom, başqa alternativlərə üz tutdu və Monacodan İsmail Jakobs üçün araşdırmalara başladı.

“Galatasaray”, 25 yaşlı sol cinah müdafiəçisini almaq opsiyonu ilə icarəyə götürmək istəyir.

Monaco“, İsmail Jakobsu 2021-22 mövsümünün əvvəlində 6,5 milyon avroya “Köhn”dən transfer edib.

2023-24 mövsümündə Liqa 1-də 22 matça çıxan və 1468 dəqiqə meydanda qalan Jakobs 1 qol və 2 məhsuldar ötürmə statistikasına imza atıb.