Gabriel Sara iddiası

Bakı, 13 avqust, Sporaz.tv

Galatasaray” tarixinin ən bahalı transferi kimi qeydə alınan Gabriel SaraHatayspor” matçında ilk dəqiqələrini keçirib. Köşə yazarı Uğur Meleke Gabriel Saranın komandadakı mümkün rollarını şərh edib.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” “Norviç”dən Gabriel Saranı 18 milyon avroya transfer edib və bu, klub tarixinin ən bahalı transferi kimi qeydə alınıb.

Superliqanın ilk həftəsində keçirilən “Hatayspor” matçına ehtiyat oyunçular skamyasında başlayan Qabriel Sara 57-ci dəqiqədə Kerem Demirbayı əvəzləyib.

Köşə yazarı Uğur Meleke “Hürriyyət” qəzetində Gabriel Sara ilə bağlı şərh verib.

Saranın çox yönlü olduğunu vurğulayan Meleke, “Məncə, bu mövsüm o, 8 nömrəli roldan çox, 10 nömrə, sol cinah rolunda alternativ olacaq” dedi.

Braziliyalı futbolçunun atıcı olduğunu və qol axtardığını vurğulayan Meleke, Gabriel Saranın önümüzdəki həftələrdə Dries Mertensə alternativ olacağını bildirdi.

“Galatasaray” 25 yaşlı Qabriel Sara ilə 5 illik müqavilə imzalayıb.

Super Liqanın ikinci həftəsində 16 avqust cümə günü səfərdə “Konyaspor”la qarşılaşacaq “Galatasaray” avqustun 21-də Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə “Young Boys”la qarşılaşacaq.

Bahar Rüstəm