Gənclər və İdman nazirindən Merih Demirala dəstək

Bakı, 3 iyul, Sporaz.tv

Gənclər və İdman naziri Osman Aşkın Bak, sosial media hesabından UEFA-nın barəsində intizam istintaqı açdığı milli futbolçu Merih Demirala dəstək verib.

Sporaz.tv xəbər verir ki, nazir Bak, Merihin şəklini X hesabında “Uzun yazmağa ehtiyac yoxdur…” qeydi ilə paylaşıb.

Xatırladaq ki, 2024-cü il Avropa Çempionatının son 16 turunda Avstriyanı 2-1 hesabı ilə məğlub edən Türkiyə Milli Futbol Komandasının hər iki qoluna imza atan Merih, qol sevincini bozqurd işarəsi ilə qeyd etmişdi.