Fenerbahçe Opet kubokunu aldı

Bakı, 22 aprel, Sporaz.tv

Vodafone Sultanlar Liqasının play-off final seriyasını 3-2 qazanaraq 2023-2024 mövsümünün çempionu olan “Fenerbahçe (Fənərbaxça)” Opet mərasimdə kubokunu aldı.

Burhan Felek Vestel Voleybol Salonunda oynanan matçın ardından təşkil edilən tədbirdə, “Fenerbahçe Opet” oyunçuları mələk qanadları ilə kubok mərasiminə gedərkən, texniki heyət və idmançılar böyük sevinc yaşadı. Sarı-göylü tərəfdarlar uzun müddət komanda üçün şüarlar səsləndirdilər.

Medallar verildikdən sonra kuboku “Fenerbahçe Opet”in futbolçusu Arina Fedorovtseva Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ və “Vodafone Türkiyə”nin baş direktoru Engin Aksoyun əlindən alaraq komanda yoldaşları ilə birlikdə qaldırıb.

Onuda qedy edək ki, Kubok mərasimində komandanı “Fenerbahçe (Fənərbaxça)”nın prezidenti Ali Koç da müşayiət edib.