Futbolun içində doğan əfsanə:Xabi Alonso

Bakı,20 may,Sporaz.tv

Bu günlərdə hər kəs Xabi Alonsonun baş məşqçiliyindən danışır.

Real Sociedad əfsanəsi, Mignel Alonsonun oğlu olaraq dünyaya göz açan Xabi Alonso futbolçu olarkən də meydan içində bir məşqçi idi.

Atası Barcelonada oynadığı üçün Alonso da həyatının ilk vaxtlarını Barcelonada keçirmişdi. Playa de la Coneho plajında futbol oynayanda Mikel Artete ən yaxın dostlarından biri oldu. Atası onu məşqlərə apararkən bir şeyi fərq etdi: Xabi qol atmaqdan çox pas atmağı sevirdi.

Real Sociedad alt qrupuna qatıldıqdan sonra yüksəlməsi çox çəkmədi. 16 milyon avroya Liverpoola getdi.Steven Gerrard onun üçün:”Həyatımda gördüyüm ən yaxşı yarımmüdafiəçidir”-demişdir.

Stadionun hər yerinə gözübağlı pas ata bilir, futbolu bir sənət kimi icra edirdi. Real Madrid və Bayerdəki saysız uğurları ilə futbola klas bir vəda etdi.

Mouirinho kareyerasını başa vuran Alonso üçün:”Xabini Bayerndə Pep,Madriddə mən və Ancelotti,Liverpoolda Benitez çalışdırıdı və atasına görə futbolun içində böyüdü. Puzzleni bir yerə gətirdikdə, nəticə möhtəşəm olcaqdı” -demişdi.

Sizcə də Mourinho haqlıdırmı?