Futbolu tərk edən Raphael Varane üçün sürpriz tapşırıq

Bakı, 19 sentyabr, Sporaz.tv

31 yaşında futbolu tərk edən Raphael Varane, İtaliyanın “Como” komandasının idarə heyətinə təyin olunub. Rafael Varanenin gənc idmançıların inkişafına dəstək olacağı açıqlanıb.

Sporaz.tv məlumat verir ki, futbolçu karyerasını 31 yaşında başa vuran fransalı müdafiəçi Raphael Varane, İtaliyanın “Como” klubunun idarə heyətinin üzvü təyin edilib.

Bu yaxınlarda zədələrdən sonra təqaüdə çıxan Varane, klubun gənclərin inkişafı səylərini dəstəkləmək üçün “Como” 1907 İnkişaf prezidenti Osian Roberts və Təhsil Proqramının rəhbəri Juliette Bolon ilə əməkdaşlıq edəcəyi açıqlanıb.

Serie A klubu tərəfindən Fransız Futbolçusunun yeni rolu ilə bağlı verilən açıqlamada: “Onun iştirakı təhsil təşəbbüsləri vasitəsilə təkcə oyunçulara deyil, həm də daha geniş ictimaiyyətə fayda verəcək. Varane akademik, liderlik və peşə hazırlığını gənclər proqramlarına inteqrasiya etməklə gənc idmançılara futboldan sonra həyata hazırlaşmağa kömək etməyi hədəfləyir.”- bəyanatlar daxil edilmişdir.

Raphael Varane, uzun illər “Real Madrid” və “Manchester United“(Mançester Yunayted)-də oynadıqdan sonra ötən ilin iyulunda “Como”-ya transfer olunub. İtaliya yığmasında bir matçda meydana çıxa bilən Varane, təxminən bir ay əvvəl futbolçu karyerasını bitirdiyini açıqlayıb.