Futbolda “hava yastığı” inqilabı

Bakı, 25 sentyabr, Sporaz.tv

Rodri dizindən aldığı zədə səbəbiylə “Manchester City“də mövsümü bağladıqdan sonra futbolçuları böyük sərmayə qoyduğu texnologiya ilə zədələrdən qorumaq fikri yenidən gündəmə gəldi. Bunun üzərinə futbolçuların kabusu olan diz zədələri üçün hazırlanmış hava yastığı sisteminin sınaqlarının tamamlandığı açıqlandı. Yeni sistem təkcə futbol deyil, bütün sahələr üzrə idmançıların daha sağlam karyera qurmasını təmin etmək məqsədi daşıyır.

Sporaz.tv xəbər verir ki, Londonda yerləşən bir şirkət diz zədələrinin qarşısını almaq üçün süni intellektlə dəstəklənən mikro hava yastığı hazırlayıb.

“Daily Mirror”da yer alan xəbərə görə, 4 mindən çox idmançı üzərində sınaqdan keçirilən sistemin 80 faiz müvəffəqiyyət qazandığı bildirilib.

Yaralanmaların qarşısını alan süni intellekt dəstəkli tətbiqdə dizin yuxarı və aşağı hissələrinə 107 qramlıq dayaq yerləşdirilir.

Diz tərəfindən həyata keçirilən bir çox normal hərəkətlər diz hərəkətlərini izləyən sensorlar tərəfindən dəstəklənən sistemə daxil edilir.

Dizdə anormal bir vəziyyət yaranarsa, sistem işə salınır.

25 millisaniyə ərzində işə salınan hava yastığı mikro qaz borusu vasitəsilə açılır və bərkidilir və bağların zədələnməsinin qarşısını alır.

Bundan sonra hava yastığı qısa müddətdə yenidən açılır. Bu vəziyyət futbol oynamağa maneə yaratmır.

Batareyanı dəyişdirərək sistem yenidən istifadə edilə bilər.

İdmançıların diz zədələrinin qarşısını almaq üçün sistemin 2 il ərzində işə salınması planlaşdırılır.

Bahar Rüstəm

Leave a Reply