Futbol tarixinin ən bahalı gənc oyunçusu açıqlanıb

Bakı, 18 oktyabr, Sporaz.tv

Məşhur “Transfermarkt” portalının qiymətləndirməsindən sonra İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Lamine Yamal (Lamin Yamal) futbol tarixinin ən bahalı gənc oyunçusu olub.

Sporaz.tv-nin portala istinadən verdiyi məlumata görə, 17 yaşlı yarımmüdafiəçi 150 milyon avro dəyərində qiymətləndirilir.

Buna qədər rekord İspaniyanın digər klubu “Real Madrid“in hücumçusu Kylian Mbappé-yə
(Kilian Mbappe) məxsus idi. O PSJ-nin heyətində çıxış edərkən 18 yaşında 90 milyon avroya qiymətləndirilirdi. “Barselona”nın üzvü isə bu rekorda 17 yaşında çatıb və ən bahalı gənc futbolçu adını qazanıb.

Belə ki, Lamine Yamal (Lamin Yamal) bu mövsüm “Barselona”nın heyətində 11 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.