Bakı, 17 noyabr, Sporaz.tv
Futbol dünyasının bir çox adı yol qəzalarında həyatını itirib. “17 Noyabr Dünya Yol Qəzaları Qurbanlarını Anma Günü” futbol ictimaiyyətində yol qəzaları nəticəsində həyatını itirən futbolçuları yada saldı.
Sporaz.tv xəbər verir ki, “Galatasaray”ın əfsanəsi Metin Oktay, “Konyaspor”dan Ahmet Çalık, “Denizlispor”dan Doğan Seyfi Atlı, “Alanyaspor”dan Josef Sural, “Eskişehirspor”dan Kaan Öztürk, “Samsunspor”dan Müjdat Gürsu, Muzaffer Badalıoğlu, Mete Adanır, Zoran Tomiç və Nuri Asan qəzalarda həyatını itirib.
Bolqarıstanlı Georgi Asparuhov, italyan Gaetano Scirea, argentinalı Diego Barisone, panamalı Rommel Fernandez, ispan Xose Antonio Reyes, Juan Gomez Gonzales, ingilis Laurie Cunningham, Peter Houseman, Şimali makedoniyalı Petar Milosevski, Alman Lutz Eigendorian, Kolumbiyalı Freddy Rincon, Marino Klinger Braziliyalı Everaldo və Heraldo Bezerra müxtəlif ölkələrdə baş verən yol qəzalarından sağ çıxa bilməyərək futbol dünyasını alt-üst etdi.
“Galatasaray”ın əfsanəvi futbolçusu Metin Oktay 51 yaşında yol qəzasında dünyasını dəyişib. Metin Oktay 1991-ci ilin sentyabrında Boğaziçi körpüsünün çıxışında keçirdiyi yol qəzasından sonra aparıldığı xəstəxanada xilas ola bilməyib. Avtomobili yuvarlanan Oktayın çənə sümüyünün sınığı, sol qolundakı sınıqlar və dalağın yırtılması səbəbindən daxili qanaxma nəticəsində həyatını itirdiyi müəyyən edilib.
Ahmet Çalık 11 yanvar 2022-ci ildə Konyadan Ankaraya qayıdarkən yol qəzasında dünyasını dəyişib. Çalığın idarə etdiyi avtomobil Ankara-Niğde yolunda hərəkətdə olarkən idarəetmədən çıxaraq Gölbaşı Hacılar yaxınlığındakı çuxura aşıb. Gençlerbirliği akademiyasında böyüdükdən sonra “Galatasaray” və “Konyaspor” komandalarında forma geyinən Ahmet Çalıkın 27 yaşında yol qəzasında dünyasını dəyişməsi futbolsevərləri dərindən kədərləndirib.
2019-cu ilin aprel ayında Kayseri səfər oyunundan qayıdan “Alanyaspor”un futbolçularını daşıyan xüsusi mikroavtobusun aşması nəticəsində çexiyalı futbolçu Josef Sural sağ çıxa bilməyib. Qəzaya uğrayan mikroavtobusda olan 7 futbolçu arasında olan Sural 28 yaşında aparıldığı xəstəxanada dünyasını dəyişib.
20 yanvar 1989-cu ildə “Malatyaspor” ilə liqa matçına “Samsunspor” komandasını aparan avtobus Havza rayonunda yük maşını ilə toqquşub. Qəza nəticəsində futbolçular Müzəffər Badalıoğlu, Mete Adanır, Zoran Tomic, məşqçi Nuri Asan və avtobus sürücüsü Asım Özkan həyatını itirib. Futbolçular Emin Kar, Erol Dinler, Şanver Göymen, Orhan Kılınç, Kasım Çokla, Fatih Uraz, Burhanəddin Beadini, Yüksel Öğüten, Uğur Terzi və menecer Yüksel Özan zədələnib. “Samsunspor” Klubu yol qəzasından sonra itirdiyi adların xatirəsinə qırmızı-ağ formasının rənglərinə qara əlavə etdi. “Samsunspor”un futbolçusu Müjdat Gürsu 1994-cü ildə dostunu hava limanından götürməyə gedərkən yol qəzası keçirib və 22 yaşında dünyasını dəyişib.
“Real Madrid”in və Kolumbiya milli komandasının sabiq futbolçusu Freddi Rinkon ölkəsində yol qəzasında dünyasını dəyişib. 2022-ci ilin aprelində Cali şəhərində idarə etdiyi avtomobilin avtobusla toqquşması nəticəsində ağır yaralanan 55 yaşlı Rincon aparıldığı xəstəxanada dünyasını dəyişib.
Bahar Rüstəm