Futbol əfsanəsi 37 yaşında

Bakı, 24 iyun, Sporaz.tv

Bu gün futbol tarixinin ən yaxşı futbolçularından biri olan Lionel Messinin doğum günüdür.

Sporaz.tv xəbər verir ki, 24 iyun 1987-ci ildə Argentinada doğulan Messi bu gün 37 yaşını qeyd edir.

Argentinanın Rosario şəhərində dünyaya gələn Messi, müalicə üçün ailəsi ilə İspaniyaya getdi. Futbola da “Barcelona“da başladı. Messi tam 17 mövsümdə “Barcelona” forması ilə keçirib. “Barcelona”nın mailiyyə problemlərinə görə klubdan ayrılıb. Sonrakı 2 mövsümü “PSG“də keçirən Messi, 2023-cü ildən karyerasını MSL-də davam etdirib. Uğur dolu karyerasında 914 matçda 740 qol ataraq, ən çox qol vuran 2-ci futbolçu ünvanını qazanıb. “Barcelona”da 778 matçda 672, “PSG”də 75 matçda 32, “İnter Miami“də isə 29 matçda 25 dəfə rəqib komandanın qapısına yol tapa bilib.


Dünyada futbolun ən yaxşısı olmaq uğrunda Cristiano Ronaldo ilə mübarizə aparır.
Messi, təkcə ölkəsində yox, bütün dünyada sevilir. O bir nəsilə futbolu sevdirib.Messinin uğurları siyahısına həm də, Argentina milli komandasında da ən çox forma geyinən futbolçu ünvanını da əlavə edib. 206 matçda 124 qol ataraq qol kralıdır.

Messi hətta futbol bacarığına görə yad planetli də adlandırılır. O, 8 dəfə dünyanın ən yaxşı kişi futbolçusu mükafatını- Ballon d`Or qazanıb.

Siz Messi haqqında nə düşünürsünüz?

Bahar Rüstəm