“Fulham” yeni futbolçu icarəyə götürüb

Bakı, 31 avqust, Sporaz.tv

İngiltərənin “Arsenal” klubu futbolçusu Reiss Nelsonu Premyer Liqanın digər təmsilçisi “Fulham“-a icarəyə verib.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, 24 yaşlı vinger 2024/2025 mövsümünün sonuna qədər “Fulham”(Fulhem)-in formasını geyinəcək.

Qeyd edək ki, ötən mövsüm R.Nelson “Arsenal”ın heyətində bütün turnirlərdə 24 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.