Freddən “Fenerbahçe”yə pis xəbər

Bakı, 31 iyul, Sporaz.tv

Fenerbahçe“nin ulduzu FredLugano” matçında zədələnərək matçı davam etdirə bilməyib. Jose Mourinho Fredlə bağlı pis xəbər verib.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin uğurlu yarımmüdafiəçisi Fred Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Lugano” ilə matçda zədələnib.

Ayağından aldığı müdaxilədən sonra bir müddət özünü sınayan Fred yarışı davam etdirə bilməyib.

Ötən mövsüm aldığı zədə səbəbindən ümumilikdə 14 matçı buraxan Fredin mövsümün əvvəlində yenidən zədələnməsi “sarı-göylü” komandanı narahat edirdi.

Jose Mourinho braziliyalı yarımmüdafiəçi ilə bağlı bəd xəbər verib.

Matçdan sonra açıqlama verən portuqaliyalı çalışdırıcı Fredin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Lille”ə qarşı oynaya bilməyəcəyini proqnozlaşdırdığını bildirib.

Mourinho, “Bu gün ilk zədəmizi aldıq. Görəcəyik ki, Fred bizdən nə qədər uzaq qalacaq, amma mənim təxminlərimə görə, Fred növbəti raundda olmayacaq”.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk matçını 6 avqust çərşənbə axşamı günü “Lille”lə səfərdə keçirəcək “Fenerbahçe” avqustun 13-də Kadıköydə rəqibini qəbul edəcək.

Super Liqanın ilk həftə matçında 10 avqust şənbə günü “Fenerbahçe” “Adana Dəmirspor”u qəbul edəcək.

Bahar Rüstəm