Fred ardıcıl futbolunu davam etdirir

Bakı, 2 may, Sporaz.tv

Fenerbahçe”(Fənərbaxça)nın braziliyalı yarımmüdafiəçisi Fred baş məşqçi İsmayıl Kartalın oyun planının ən önəmli hissəsi kimi gündəmə gəlib. Uğurlu futbolçu ilk 11-də oynadığı 31 matçdan 28-də start götürüb.

Sporaz.tv  xəbər verir ki, Fred“Fenerbahçe”(Fənərbaxça)nın əvəzolunmaz oyunçularından biri oldu. Braziliyalı futbolçu meydanda olanda sarı-göylü komandanın oyun planı mükəmməl işləməyə davam edir.

Mövsümün əvvəlində transfer edilən Fred qısa zamanda azarkeşlərin sevimlisinə çevrilib.

31 yaşlı futbolçu komandanın dinamizmini və yarımmüdafiədə gücü ilə mübarizə aparmaq istəyini artırır. Fred bu mövsüm bəzi əlamətdar statistikaya imza atdı.

Oynadığı 31 matçda 3 qol vuran uğurlu yarımmüdafiəçinin ötürmə dəqiqliyi 85 faiz olub və öz yarısında bu statistikanı 93 faizə çatdırıb.

Vüqar Alışov