Fred, 30 milyon avrodan imtina etdi

Bakı, 27 avqust, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça)-nın ulduz futbolçusu Fred, yay transfer dövründə 30 milyon avroluq təklif alıb. Fredin astronomik təklifi rədd etdiyi bildirilib.

Sporaz.tv xəbər verir ki, “Çaykur Rizespor” matçı ilə meydana böyük qayıdış edən Fred, karyerasının ilk het-trikinə imza atıb. Fenerbahçe (Fənərbağça)-nın çətin səfər oyunundan asanlıqla çıxmasında aparıcı rol oynayan Fredin yay transfer dönəmində ciddi təklifdən imtina etdiyi üzə çıxıb.

Braziliyalı ulduza edilən təklifin 3 il ərzində cəmi 30 milyon avro olduğu vurğulanıb.

Fredin təklifi düşünmədən rədd etdiyi vurğulanıb və Fenerbahçe (Fənərbağça)-da çox xoşbəxt olduğunu bildirib.

Futbolçunu Fenerbahçe (Fənərbağça)-dan hər il 5 milyon avro aldığı iddia edilir.

Daha 3+1 illik müqaviləsi olan 31 yaşlı Fredin transferi üçün Fenerbahçe (Fənərbağça), Manchester United (Mançester Yunayted)-ə 9,74 milyon avro ödəyib.