Fransızlar açıqladı: “Galatasaray” 5 illik razılığa gəlib

Bakı, 10 sentyabr, Sporaz.tv

Fransa mətbuatı, “Galatasaray“-ın “Club Brügge”-nin nigeriyalı futbolçusu Raphael Onyedika ilə yarımmüdafiəçi transferi üçün anlaşdığını açıqlayıb.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”(Qalatasaray) rəhbərliyi, Super Liqanın Transfer dövrü bitmədən heyətinə daha 2 futbolçu qatmaq üçün səylərini davam etdirir.

Osimhen, Batshuayi, Gabriel Sara, İsmael Jakobs və Elias Jelertin transferlərindən sonra Nicola Zalewski ilə böyük ölçüdə anlaşan sarı-qırmızılılar üçün yarımmüdafiə işləri davam edir.

“Galatasaray”, “Club Brugge”-nin 23 yaşlı nigeriyalı 6 nömrəli futbolçusu Rafael Onyedika ilə anlaşıb.

Sarı-qırmızılılar futbolçu ilə 5 illik müqavilə imzalayıb. Lakin Belçika yığması transferə icazə verməyib. Xəbərə görə, nigeriyalı futbolçu, klubunun “Galatasaray”-la anlaşmasını istəyir.

“Brügge” ilə 2027-ci ilə qədər müqaviləsi olan Onyedika, 2022-2023 mövsümündə “Midtjyulland”-dan 9,5 milyon avroya transfer olunub. Onyedika, “Brügge”-nin heyətində 95 oyun keçirib və 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

Leave a Reply