Fransanın ən yaxşı afrikalı oyunçusu yüksək xalın sahibi olub

Bakı,13 may,Sporaz.tv

Marsel” klubunun hücumçusu “Pierre-Emerick Aubameyang”(Pyer-Emerik Obameyanq” Fransa çempionatında mövsümün ən yaxşı afrikalı oyunçusuna verilən “Marc-Vivien Foé”(Mark-Vivyen Foe) mükafatını qazanıb.

Sporaz.tv xarici mediaya istinadən məlumat verir ki, qabonlu futbolçu səsvermədə 252 xal toplayıb.

Aubameyang PSG-nin müdafiəçisi “Achraf Hakimi” (Əşrəf Hakimi)ni (136 xal) və “Lill”in yarımmüdafiəçisi Nabil Bentalebi (112 xal) üstələyib. O, 2023/2024 mövsümündə Liqa 1-də keçirdiyi 31 matçda 14 qol və 8 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, 34 yaşlı hücumçu 2013-cü ildə “Saint-Étienne”(Sent-Etyen)də oynadığı vaxt da sözügedən mükafata layiq görülüb.

Mənbə:Report