Bakı, 9 noyabr, Sporaz.tv
Fransanın “Saint Etienne” klubunun sabiq futbolçusu Raşid Meklufi vəfat edib.
Sporaz.tv xəbər verir ki, bu barədə “ağ-yaşıllar”-ın mətbuat xidməti məlumat yayıb.
Əlcəzair millisində çıxış etmiş yarımmüdafiəçi 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, 152 qolla “Saint Etienne“-nin tarixində bombardirlər siyahısında ikinci yeri tutur. R. Meklufi bu klubun heyətində 4 dəfə Fransa çempionatının və ölkə kubokunun qalibi olub.