“Formula 2”: Yarışın qalibi müəyyənləşib

Bakı, 14 sentyabr, Sporaz.tv

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi mükafatlandırılıb.

Sporaz.tv Report-a istinadən məlumat verir ki, birinci yeri tutan “AIX Racing” komandasından Joshua Dürksenə kuboku Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov təqdim edib.

“Dams Lucas Oil”dən Jak Kravford ikinci, “Preme Racing”dən Gabriele Mini üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Leave a Reply