Formula 1-in növbəti dayanacağı Macarıstandır

Bakı, 19 iyul, Sporaz.tv

Formula 1 dünya çempionatında həyəcan mövsümün 13-cü yarışı olan Macarıstan Qran Prisi ilə davam edəcək.

Macarıstanın paytaxtı Budapeştdə 4,3 kilometrlik Hungaroring Circuit yarışında 70 dövrə üzərində keçiriləcək mərhələdə, sıralama turları sabah TSİ 18:00-da, yarış isə 21 iyul bazar günü TSİ 17:00-da başlayacaq.

Bu mövsüm Formula1 yarışlarında Max Verstappen 7 dəfə birinci, Carlos Sainz, Lando Norris, Charles Leclerc, George Russell və Lewis Hamilton isə hərəyə bir dəfə podiuma başçılıq ediblər.

Pilotlar və komandalar təsnifatında ilk 5 yer aşağıdakı kimidir:

Pilotlar

  1. Max Verstappen (Hollandiya): 255 xal
  2.  Lando Norris (Böyük Britaniya): 171
  3. Charles Leclerc  (Monako): 150
  4.  Carlos Sainz (İspaniya): 146
  5. Oscar Piastri (Avstraliya): 124

KOMANDALAR

  1. Red Bull: 373
  2. Ferrari: 302
  3. McLaren: 295
  4. Mercedes: 221
  5. Aston Martin: 68