Formula-1 həyəcanı Monakoda davam edəcək

Bakı, 24 may, Sporaz.tv

Formula-1 dünya çempionatında həyəcan Monakonun ev sahibliyi edəcəyi mövsümün 8-ci yarışı ilə davam edəcək.

Sporaz.tv  xəbər verir ki, Monako ilə eyni adlı 3,3 kilometrlik trasda 78 dövrədən çox keçiriləcək mərhələdə, sıralama turları sabah TSİ 17.00-da, yarış isə 26 May bazar günü TSİ 16.00-da başlayacaq.

İndiyədək Red Bull-dan Maks Verstappen 5 dəfə, Ferrari-dən Carlos Sainz və McLaren-dən Lando Norris hərəyə bir dəfə podiumun ən yüksək pilləsinə qalxıb.

Vüqar ALIŞOV