Bakı, 18 oktyabr, Sporaz.tv
Formula 1-də növbəti mövsüm üçün ediləcək bəzi dəyişikliklər açıqlanıb.
Sporaz.tv xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) yarışlarda ən sürətli dövrə vuran sürücüyə verilən əlavə xalların gələn mövsümdən etibarən ləğv ediləcəyini açıqlayıb.
İlk dəfə 2019-cu ildə tətbiq edilən qaydada yarışı ilk 10-luqda başa vuran pilotlardan biri ən sürətli dövrəyə nail olduğu halda əlavə xal qazanırdı.
Digər tərəfdən, sərbəst məşq zamanı komandaların gənc sürücüləri meydana çıxarması qaydası bir dəfədən iki dəfəyə artırılıb.
Qeyd edək ki, Formula 1 mövsümü bu həftə ABŞ-da davam edəcək.