Fode Ballo-Toure üçün son transfer cəhdi

Bakı, 12 sentyabr, Sporaz.tv

Beşiktaş” və “Galatasaray“ın gündəmində olan Fode Ballo-Toure üçün yeni bir inkişaf ortaya çıxıb. “Beşiktaş” futbolçu üçün son cəhdini edib.

Sporaz.tv xəbər verir ki, transferin son saatlarına girən Beşiktaş hücumlarını sürətləndirir. “Qara-ağlar”ın Fode Ballo-Toure transferində yeni bir inkişaf ortaya çıxıb.

“Beşiktaş” Fode Ballo-Toureni transfer etmək üçün son cəhd etdi. “Galatasaray”la da maraqlanan Fode Ballo Tourenin 27 yaşı var və Milanda U23 komandasında çıxış edir.

Fode Ballo-Toure 3 yanvar 1997-ci ildə Fransada anadan olub. Effektiv sol ayağı ilə diqqət çəkən futbolçu yarımmüdafiənin sol cinahında da, sol cinahda da oynaya bilir. Komandası ilə 2025-ci ilə qədər müqaviləsi olan futbolçunun hazırkı bazar dəyəri 3 milyon avrodur.

Liqa 1-də 108 matça çıxan futbolçu 7 min 573 dəqiqə meydanda olarkən 3 məhsuldar ötürmə edib. Futbolçu 2023-2024 mövsümündə ümumilikdə 8 matçda 224 dəqiqə meydanda qalsa da, nə qol, nə də məhsuldar ötürmə verə bildi. Fode Ballo-Tourenin karyerasına Monako, Lil, Milan və Fulham kimi komandalar daxildir.

Bahar Rüstəm

Leave a Reply