“Fiorentina” klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı, 4 iyun,Sporaz.tv

İtaliyanın “Fiorentina” klubunun yeni baş məşqçisi müəyyənləşib.

 Sporaz.tv “Report”a isitinadən xəbər verir ki, Florensiyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, A seriyası təmsilçisini Raffaele Palladino çalışdıracaq.

40 yaşlı mütəxəssis yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, R.Palladino son olaraq İtaliyanın “Monza” kollektivini çalışdırıb.