Finalın adı bəlli oldu

Bakı, 11 iyul, Sporaz.tv

2024-cü il Amerika Kubokunun yarımfinalında Uruguay və Kolumbiya milliləri üz-üzə gəlib. Galatasaray (Qalatasaray)-ın futbolçusu Davinson Sanchezin 90 dəqiqə oynadığı Kolumbiya, rəqibini 1:0 hesabı ilə məğlub edərək finalda Argentinanın rəqibi olub.

Sporaz.tv xəbər verir ki, bu il 48-ci dəfə keçirilən qurumun yarımfinalında Uruguay  və Kolumbiya milliləri qarşılaşıb.

Kolumbiya 39-cu dəqiqədə Jefferson Lermanın qolu ilə 1-0 önə keçib. Kolumbiyada Daniel Munoz, 45+1. dəqiqədə ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alıb.

Matçın ikinci hissəsində artıq qol olmadığı üçün Kolumbiya 1:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

Galatasaray (Qalatasaray)-ın kolumbiyalı müdafiəçisi bütün matçda meydana çıxıb.

2024-cü il Amerika Kubokunun finalında Kolumbiya və Argentina iyulun 15-də, GMT vaxtı ilə saat 03:00-da üz-üzə gələcək.

Qeyd edək ki, Argentina digər yarımfinal matçında Kanadanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.