Bakı, 11 iyul, Sporaz.tv
2024-cü il Amerika Kubokunun yarımfinalında Uruguay və Kolumbiya milliləri üz-üzə gəlib. Galatasaray (Qalatasaray)-ın futbolçusu Davinson Sanchezin 90 dəqiqə oynadığı Kolumbiya, rəqibini 1:0 hesabı ilə məğlub edərək finalda Argentinanın rəqibi olub.
Sporaz.tv xəbər verir ki, bu il 48-ci dəfə keçirilən qurumun yarımfinalında Uruguay və Kolumbiya milliləri qarşılaşıb.
Kolumbiya 39-cu dəqiqədə Jefferson Lermanın qolu ilə 1-0 önə keçib. Kolumbiyada Daniel Munoz, 45+1. dəqiqədə ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alıb.
Matçın ikinci hissəsində artıq qol olmadığı üçün Kolumbiya 1:0 hesabı ilə qalib gələrək finala yüksəlib.
Galatasaray (Qalatasaray)-ın kolumbiyalı müdafiəçisi bütün matçda meydana çıxıb.
2024-cü il Amerika Kubokunun finalında Kolumbiya və Argentina iyulun 15-də, GMT vaxtı ilə saat 03:00-da üz-üzə gələcək.
Qeyd edək ki, Argentina digər yarımfinal matçında Kanadanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.