Filip Kosticdən “Juventus” qərarı

Bakı, 3 sentyabr, Sporaz.tv

Aktiv transfer komandası olan “Galatasaray“(Qalatasaray) Filip Kosticlə bağlı irəliləyişlər var. “Sarı-qırmızılar” bu gün səhər saatlarında Kosticin meneceri ilə görüşüb. Digər tərəfdən, “Juventus“(Yuventus), UEFA-ya bildirdiyi heyətdə təcrübəli futbolçuya yol verilməyib.

Sporaz.tv məlumat verir ki, Victor Osimhenin transferi ilə səs-küy salan “Galatasaray”-ın növbəti hədəflərindən biri Filip Kosticdir.

“Galatasaray”, bu səhər Filip Kosticin meneceri ilə görüş keçirib.

Xəbərdə “Juventus”-un Kosticin satışını təsdiqlədiyi bildirilirdi. Bununla belə, 31 yaşlı serbiyalı cinah oyunçusunun hələ də “Juventus”-dan ayrılıb Türkiyəyə keçməyə razı olmadığı bildirilir.

Digər tərəfdən Çempionlar Liqasında meydana çıxacaq “Juventus”, UEFA-ya bildirdiyi heyətə Filip Kostici də daxil etməyib.

Çempionlar Liqasında “Juventus”, liqa mərhələsində 8 oyun keçirəcək. Thiago Mottanın komandası bu mərhələdə “PSV”, “Leipzig“(Leypsiq), “Stuttqart”, “Lille”, “Aston Villa”, “Manchester City“(Mançester Siti), “Club Brugge” və “Benfica” ilə qarşılaşacaq.

2 il əvvəl “Juventus”-un “Eintracht Frankfurt”(Ayntraxt Frankfurt)-dan 14,7 milyon avroya transfer etdiyi Kosticin komanda ilə daha 2 illik müqaviləsi var.