Filip Kostic addım-addım “Fenerbahçe”yə qatılır

Bakı, 8 sentyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça) “Juventus“(Yuventus)-da çıxış edən Filip Kostici icarə əsasında heyətinə qatmağa hazırlaşır. Sarı-göylülər, Filip Kosticin transferi üçün “Juventus”-la anlaşıb.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”, heyətini Filip Kosticlə gücləndirməyə hazırlaşır.

“Sarı-göylər”, “Juventus”-da çıxış edən Kostiçi satın alma opsionu ilə icarə əsasında heyətinə qatmağa yaxındır.

Futbolçu tərəfini razı salan rəhbərlik, 31 yaşlı sol cinah oyunçusunu almaq opsiyonu ilə icarəyə götürəcək. Serbiyalı futbolçunun bu gün axşam saatlarında İstanbulda olması planlaşdırılır.

Futbolçu karyerasına ölkəsinin “Kragujevac” komandasında başlayan Filip Kostic, daha sonra “Radnicki”, “Groningen”, “Stuttgart“, “Hamburg” ve “Eintracht Frankfurt”-da çıxış edib.

Filip Kostiç 2022-2023 mövsümündə 15 milyon avroya “Juventus”a transfer olunub. KostiC İtaliya nəhənginin heyətində 87 matçda 3 qol vurub, 15 məhsuldar ötürmə edib.

Tiago Mottanı baş məşqçi təyin edən “Juventus”, Filip Kostici Çempionlar Liqasının heyətinə daxil etməyib.

Avropa Liqası heyətini UEFA-ya bildirən “Fenerbahçe” təcrübəli futbolçunu növbəti tura qədər bu kubokda oynaya bilməyəcək.

Leave a Reply