“Filenin Sultanları” Hong Kongda çıxış edəcək

Bakı,10 iyun,Sporaz.tv

Sabah Hong Kongda Qadınlar arasında FIVB Voleybol Millətlər Liqasının (VNL) 3-cü həftəsinə start veriləcək. “Filenin Sultanları” üçüncü həftənin ilk oyununda 12 iyun Çərşənbə günü Taylandla qarşılaşacaq.

Sporaz.tv məlumat verir ki,Hong-Kongda 3-cü həftə mərhələsinin ilk oyunu sabah ABŞ və Fransa arasında keçiriləcək.

Filenin Sultanları bu mərhələdə Tailand, Dominikan Respublikası, Çin və Braziliya ilə qarşılaşacaq və mərhələdə ilk oyununu 12 iyun çərşənbə günü Taylanda qarşı keçirəcək.

Qurumun Antalya mərhələsində 2 qələbə və 2 məğlubiyyətlə ayrılan “Filenin sultanları” ABŞ mərhələsində keçirdiyi 4 görüşün hamısında qalib gəlib. Millilər 8 oyundan sonra 18 xalla 5-ci yerdədir.

“Filenin sultanları”nın VNL-in üçüncü və son həftəsində Hong-Kong Kolizeyində keçirəcəkləri oyunların təqvimi belədir:

Çərşənbə, 12 iyun:

Türkiyə-Tayland

Cümə axşamı, 13 iyun:

Dominikan Respublikası-Türkiyə

Şənbə, 15 iyun:

Çin-Türkiyə

Bazar, 16 iyun:

Türkiyə-Braziliya