Bakı, 19 noyabr, Sporaz.tv
FİFA Trendyol 1-ci Liqa komandalarından olan “Pendikspor“a 3 mövsüm transfer qadağası qoyulduğunu açıqlayıb.
Sporaz.tv xəbər verir ki, Trendyol 1-ci Liqa komandalarından olan “Pendikspor”a FİFA-dan bəd xəbər gəlib.
FİFA-nın saytında yer alan məlumatda bildirilib ki, “Pendikspor”a 2024-cü il noyabrın 14-dən etibarən 3 mövsüm transfer qadağası verilib.
“Pendikspor” bu mövsüm I Liqada 12 matçdan sonra 17 xal toplayıb. “Pendikspor” Trendyol 1-ci Liqasında 13-cü pillədə qərarlaşıb.
“Pendikspor” borcunu ödəməsə, 2026-cı ilin yay transfer dövrünə qədər heyətini gücləndirə bilməyəcək.
Bahar Rüstəm