FİFA-nın keçmiş vitse-prezidenti vəfat edib

Bakı, 10 avqust, Sporaz.tv

Afrika Futbol Konfederasiyasının sabiq rəhbəri İssa Hayatou dünyasını dəyişib.

Sporaz.tv “Report” -a istinadən xəbər verir ki, keçmiş funksioner 77 yaşında vəfat edib.

Qeyd edək ki, İ.Hayatou 1988-2017-ci illərdə Afrika Futbol Konfederasiyasına rəhbərlik edib. Həmçinin kamerunlu funksioner FİFA-nın vitse-prezidenti vəzifəsində çalışıb.